Nizami rayonunda piyadanı avtomobil vurdu

Nizami rayonunda piyadanı avtomobil vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
29 Aprel , 2021 02:06
Nizami rayonunda piyadanı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Yolu keçən 1971-ci il təvəllüdlü Əliyev Rəyasət Xanəhməd oğlunu avtomobil vurub. Ağır xəsarət alan 50 yaşlı kişi təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi