Yuxarı

​Nizami rayonunda döyüş sursatı tapılıb

Müəyyən olunub ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 1 ədəd F-1 markalı əl qumbarasıdır

Bakı. 3 iyun. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda döyüş sursatı aşkarlanıb.

"Report"unFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər. 

Müəyyən olunub ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 1 ədəd F-1 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursat aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 17:16-da başa çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi