Yuxarı
    Bağlamaq

    Nizami rayonunda cinayətkar dəstə zərərsizləşdirilib

    Saxlanılanların başqa qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda cinayətkar dəstə zərərsizləşdirilib. Bu barədə Report-a Nizami rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən Cəlilabad rayon sakini Orxan Məmmədov, Ucar rayon sakini İsmayıl Hüseynov və Astara rayon sakini Şamxal Şahverdiyev tutulub.

    İstintaq zamanı bu şəxslərin  sentyabrın 7-də vətəndaş Əlisahib Dünyamalıyev və Şamil Quliyevin 64 manatını, həmçinin mobil telefonunu quldurluq yolu ilə ələ keçirdikləri sübuta yetirilib. Cinayətkar dəstənin başqa qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi