Nizami rayonunda 22 yaşlı oğlan qətl törədib

Nizami rayonunda 22 yaşlı oğlan qətl törədib Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
Hadisə
10 Sentyabr , 2014 11:13
Nizami rayonunda 22 yaşlı oğlan qətl törədib
Bakı.10 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Report-a verilən məlumata görə, hadisə sentyabrın 9-da saat 16:30 radələrində Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Hadisə zamanı Bakı şəhər sakini Cəfər Teymurov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı aldığı xəsarətdən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Şahnamiq Hüseynov saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi