Nigar Köçərli baş prokurorun birinci müavini ilə görüşüb - YENİLƏNİB

Nigar Köçərli baş prokurorun birinci müavini ilə görüşüb - YENİLƏNİB Rüstəm Usubov baş prokurora məruzə edəcəyini bildirib
Hadisə
19 Fevral , 2016 13:07
Nigar Köçərli baş prokurorun birinci müavini ilə görüşüb - YENİLƏNİB

Bakı. 19 fevral. REPORT.AZ/ “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubovla görüşüb.

“Report”un xəbərinə görə, bu barədə N.Köçərli özü məlumat yayıb.

Onun sözlərinə görə, Rüstəm Usubov məsələ ilə bağlı baş prokurora məruzə edəcəyini bildirib: “Rüstəm Usubov dedi ki, baş prokuror Zakir Qaralovun tapşırığı ilə bu görüşə təşəbbüs göstərib, bizim şikayətimizi dinləyəndən sonra baş prokurora məruzə etməlidir. Rüstəm Usubov Nəsimi Rayon Polis İdarəsində baş verən hadisə, istintaq işinin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi. Bu münasibətə görə ona şəxsən açıq şəkildə atamın və öz adımdan minnətdaram”.

*** 10:20

Bakı. 19 fevral. REPORT.AZ/ “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Azərbaycan Baş Prokurorluğuna dəvət edilib.

“Report”un xəbərinə görə, bu barədə N.Köçərli özü məlumat yayıb.

N.Köçərli bildirib ki, bu gün baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşəcək.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında “Əli və Nino”nun ofisindən 13 min manat pul oğurlanıb. Lakin indiyədək oğrular tapılmayıb. Bu həftə N.Köçərli Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Oradan çıxdıqdan sonra isə polislər tərəfindən təhqir edildiyini bildirib. DİN-in mətbuat xidməti bunu təkzib edib.

Son xəbərlər

Orphus sistemi