NİDA üzvünün məhkəməsində polis rəsinin müavini ifadə verib

NİDA üzvünün məhkəməsində polis rəsinin müavini ifadə verib "Onun üzərindən narkotik maddə çıxdı"
Hadisə
24 Noyabr , 2016 15:34
NİDA üzvünün məhkəməsində polis rəsinin müavini ifadə verib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə 12-ci bölmənin rəis müavini Yunis Ələsgərov ifadə verib.

O bildirib ki, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub: "Əməliyyat keçirildi və Bayram Məmmədov saxlanıldı. Onun üzərindən narkotik maddə çıxdı. Bundan sonra Bayramın özü də etiraf etdi".

Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi