Yuxarı
    Bağlamaq

    Prokuror NİDA üzvünün 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib - YENİLƏNİB

    Növbəti iclasda ona hökm oxunacağı gözlənilir

    *** saat 11:11

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı B.Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Növbəti  iclasda ona hökm oxunacağı gözlənilir.

    Proses dekabrın 9-da davam etdiriləcək.

    Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

    Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi