NİDA üzvü 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

NİDA üzvü 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub
Hadisə
16 Yanvar , 2017 13:21
NİDA üzvü 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Qəhrəmanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Qəhrəmalı Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi