Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb Hadisəni törədən şəxsin axtarışına başlanılıb
Hadisə
24 Avqust , 2017 06:51
Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb
Report.az

Bakı. 24 avqust. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazidə baş verib.

1988-ci il təvəllüdlü Mənəfov Anar Bayram oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava nəticəsində tanışı A.Mənəfova bir neçə bıçaq zərbəsi vurub. Hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi