Yuxarı

Baş mühəndis: "Nəsimi rayonunda fasadları poliuretan üzlüklə üzlənən binaların sayı çox deyil"

Tibb Universitetinin Tədris-cərrahiyyə Klinikasının sökülməsi prosesi yekunlaşmaq üzrədir

Bakı. 27 may. REPORT.AZ/ "Nəsimi rayonu ərazisində poliuretan üzlüklə üzlənən binaların sayı elə də çox deyil. Artıq həmin binaların fasadlarının söküntüsünə başlanıb və bəzilərində işlər yekunlaşmaq üzrədir". Bunu "Report"a açıqlamasında Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Füzuli Məmmədov deyib.

O bildirib ki, rayonun Səməd Vurğun küçəsində yerləşən Tibb Universitetinin Tədris-cərrahiyyə Klinikasının üzlüyünün sökülməsi prosesi yekunlaşmaq üzrədir: "Bundan başqa, Nəsimi rayonu ərazisində yerləşən 1 yataqxana və 52 saylı uşaq bağçasında da hazırda söküntü işləri gedir".

Baş mühəndis qeyd edib ki, Nəsimi rayonu ərazisində belə binaların az olmasına səbəb yaşayış binalarının fasadlarının təmiri zamanı daha çox emusiya məhlulundan istifadə olunmasıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi