Yuxarı

Nəsimi rayonunda çoxmərtəbəli binada yanğın olub

Yanğın saat 20:05-də söndürülüb

Bakı. 1 fevral. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli binanın 13-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 133 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 kv.m sahədə rəf yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı yüksək temperaturdan plastik pəncərə və lambirdən ibarət tavanı 6 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi