Bu gecə növbəti yol qəzası Bakının Nərimanov rayonunda baş verib.
“Report”un məlumatına görə, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Quliyev Haqverdi Xudaverdi oğlu bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan yaralı həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.