Yuxarı

Nərimanovda qətl törədən 3 nəfər həbs olunub

Hadisəni Bakı şəhər sakinləri Elgiz Cəfərli və Elfan Əliyev, Tərtər rayon sakini İsmayıl İmanverdiyev törədib

Bakı. 17 iyul. REPORT.AZ/ İyulun 15-də Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilən və iyulun 16-da orada ölən şəxsin Şabran rayon sakini Rövşən Əyyubov olması müəyyən edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Elgiz Cəfərli və Elfan Əliyev, Tərtər rayon sakini İsmayıl İmanverdiyev tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi