Nərimanovda piyadanı avtomobil vurdu

Nərimanovda piyadanı avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 May , 2020 22:12
Nərimanovda piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Vəfadar Ziyəddin oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi