Yuxarı

Nərimanovda iki maşın toqquşub, xəsarət alan var - VİDEO

​Nərimanovda iki maşın toqquşub, xəsarət alan varde

Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu, Həsən Əliyevlə Koroğlu Rəhimov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 90 FA 500 dövlət nömrə nişanlı "BMW X6" markalı avtomobillə 90 PX 479 dövlət nömrə nişanlı "Renault" markalı maşın toqquşub.

Hadisə nəticəsində "Renault" markalı avtomobilin sürücüsü xəsarət alıb. 

Qəza yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Video: İlqar Abdullayev

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi