Nərimanovda gənc qız yol qəzasında yaralandı

Nərimanovda gənc qız yol qəzasında yaralandı Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
230
12 İyun , 2021 08:36
Nərimanovda gənc qız yol qəzasında yaralandı

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Əsgərzadə Türkan Zamir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın aşıq-baldır oynağının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi