Nərimanovda gənc oğlan hündürmərtəbəli binadan yıxılıb - YENİLƏNİB

Nərimanovda gənc oğlan hündürmərtəbəli binadan yıxılıb - YENİLƏNİB N.Əkbərovun ailəsindən Reporta verilən məlumata görə, övladları ehtiyatsızlıqdan hündürmərtəbəli binadan yıxılıb.
Hadisə
10 Avqust , 2019 03:52
Nərimanovda gənc oğlan hündürmərtəbəli binadan yıxılıb - YENİLƏNİB

N.Əkbərovun ailəsindən "Report"a verilən məlumata görə, övladları ehtiyatsızlıqdan hündürmərtəbəli binadan yıxılıb. 

***

Nərimanov rayon Arif Heydərov 27 ünvanında intihara cəhd hadisəsi olub.

"Report" xəbər verir ki, 1997-ci il təvəllüdlü Əkbərov Nihat Rafiq oğlu özünü hündürmərtəbəli binadan ataraq intihara cəhd edib. 

Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 

Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi