Yuxarı

​Nərimanov rayonunda şirniyyat mağazası yanıb

Yanğın nəticəsində müəssisəyə ciddi ziyan dəyib

Bakı. 23 may. REPORT.AZ/ Axşam saatlarında Bakının Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus şirniyyat mağazasında yanğın olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində mağazanın yanar konstruksiyaları və içərisində olan rəflər 66 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi