Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb

Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb FHN mütəxəssisləri onların istifadəyə yararsız 2 ədəd top mərmisi olduğunu müəyyən ediblər
Hadisə
27 Avqust , 2015 20:59
Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb

Bakı. 27 avqust. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 2 ədəd top mərmisidir. Mərmilər aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 17:56-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi