Nərimanov rayonunda avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Nərimanov rayonunda avtomobillə vurulan şəxs xəstəxanada ölüb Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
14 Yanvar , 2020 12:34
Nərimanov rayonunda avtomobillə vurulan şəxs xəstəxanada ölüb
"Report"

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 13-də saat 6 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi