Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 May , 2019 21:50
Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Atatürk prospektində 90-HU-682 qeydiyyat nişanlı, "Toyota" markalı avtomobil 69 yaşlı Ulduzə Xanməmmədovanı vurub.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Qadının vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi