"Nənəmin təndiri"nin yaxınlığında atışmada təqsirləndirilən şəxslərin məhkəməsi baxışa verilib

"Nənəmin təndiri"nin yaxınlığında atışmada təqsirləndirilən şəxslərin məhkəməsi baxışa verilib Məhkəmənin baxış iclası martın 7-nə təyin olunub
Hadisə
28 Fevral , 2018 15:12
Nənəmin təndirinin yaxınlığında atışmada təqsirləndirilən şəxslərin məhkəməsi baxışa verilib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nənəmin təndiri" restoranının yaxınlığında atışmada təqsirləndirilən kriminal aləmin üzvləri - Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib. Daha sonra məhkəmənin baxışa verilməsi barədə qərar elan edilib.

Məhkəmənin baxış iclası martın 7-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranının yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

Daha sonra X.Səlimxanov, M.Həsrətov, T.Nağızadə, E.Əliyev və İ.Ramazanov saxlanılaraq barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 234-cü (narkotik) maddələri ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi