Nehrəmdə avtobus aşdı, sərnişini öldü

Nehrəmdə avtobus aşdı, sərnişini öldü Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol qəzası baş verib.
Hadisə
401
7 İyul , 2020 12:41
Nehrəmdə avtobus aşdı, sərnişini öldü

Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 6-ı saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb.

Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.