Yer kürəsinin yaxınından nəhəng asteroid keçib

Yer kürəsinin yaxınından nəhəng asteroid keçib NASA Yer kürəsinin yaxınlığından nəhəng asteroidin keçdiyini açıqlayıb
Hadisə
23 Mart , 2021 11:14
Yer kürəsinin yaxınından nəhəng asteroid  keçib

Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsi (NASA) məlumat yayıb.

“2001 FO32” adı verilən asteroid bu il üçün gözlənilən ən nəhəng meteorit kimi qiymətləndirilib.

NASA-dan bildirilib ki, asteroid Yerə 2 milyon kilometrə qədər yaxınlaşıb, lakin yerlə toqquşmaq təhlükəsi olmayıb. “2001 FO32” adı verilən asteroid 20 il bundan əvvəl kəşf edilib. Həmin tarixdən bu yana asteroid mütəmadi olaraq izlənilir. Nəhəng asteroidin eni 440-680 metr, diametri isə ən azı 1 kilometrdir. O saatda 124 min kilometr sürətlə hərəkət edib.

Son xəbərlər

Orphus sistemi