"Neftqaztikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib

"Neftqaztikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov kranla birgə dənizə düşərək suda boğulub
Hadisə
27 İyul , 2016 10:54
Neftqaztikinti Trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib

Bakı. 27 iyul. REPORT.AZ/ İyulun 26-da saat 18:00 radələrində "Palçıq pilpiləsi" yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırılarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb və 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub.

"Report" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, onun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb. "Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək", - deyə SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi