İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb olunub

İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb olunub Pirallahı ətrafında sahilboyu vizual axtarışlara başlanılıb
Hadisə
11 Dekabr , 2015 10:29
İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb olunub

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir.

"Azneft" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, bu gün axtarışların miqyası daha da genişləndirilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi, 4 helikopteri və bir "B-200ÇS” təyyarəsi axtarışa cəlb olunub.

Bundan əlavə, FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Axtarışlara, həmçinin SOCAR-ın sifarişi ilə AZAL-ın 2 helikopteri cəlb olunub. Helikopterlərdən biri "Neft daşları" ərazisində, digəri isə "Günəşli" ərazisində axtarışlar aparır.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə aid 2 gəmi və 2 helikopter də axtarışa qoşulub.

"Günəşli" yatağının 10 saylı dərin dəniz özülündəki 4 qaz quyusundakı yanğın davam edir. Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur.

Son xəbərlər

Orphus sistemi