"Azneft" İB: Neftçilərin axtarışı yataqlar sahəsində davam etdirilir

"Azneft" İB: Neftçilərin axtarışı yataqlar sahəsində davam etdirilir Axtarışa FHN-in 2 helikopteri, 1 təyyarəsi, DSX-nin 5 gəmisi cəlb olunub
Hadisə
17 Dekabr , 2015 12:24
Azneft İB: Neftçilərin axtarışı yataqlar sahəsində davam etdirilir

Bakı. 17 dekabr. REPORT.AZ/ "Hazırda həm “Neft Daşları” ərazisində itkin düşmüş 3 neftçinin, həm də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir".

"Azneft" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, səhər saatlarından başlanılan axtarış əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri, 1 təyyarəsi və eləcə də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) 5 axtarış gəmisi cəlb olunub.

Onlar müxtəlif istiqamətlər üzrə - bir gəmi “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku, bir gəmi “Şahdəniz” yatağı, bir gəmi “Makarov bankası” ətrafında, gəmilərdən biri Qaradağ-Ümid-Ələt sahəsində, digər bir gəmi isə Çilov adasının şimal-şərqində axtarış aparır.

"Azneft"dən bildirilib ki, eyni zamanda, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki yanğının söndürülməsi ilə 3 gəmi məşğuldur.

Bununla yanaşı, yanğının söndürülməsi üçün ABŞ-dan gətirilən xüsusi qurğular hazırda dənizdə quraşdırılır və hazırlıq işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi