"Neftçilər" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

"Neftçilər" metrostansiyası yaxınlığında piyadanı maşın vurub Sürücü hadisə yerindən qaçıb
Hadisə
15 İyun , 2017 07:51
Neftçilər metrostansiyası yaxınlığında piyadanı maşın vurub
Report.az

Bakı. 15 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, insident Bakı metropoliteninin "Neftçilər" stansiyası yaxınlığında baş verib.

Xəzər Universitetinin qarşısından yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Qarayev İlqar Vaqif oğlunu "Mercedes" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb.

Yaralı, taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma gedir.

Son xəbərlər

Orphus sistemi