Neftçalada yerli sakini çaqqal dişləyib

Neftçalada yerli sakini çaqqal dişləyib Yırtıcı ona öz həyətində hücum edib
Hadisə
11 Fevral , 2017 21:41
Neftçalada yerli sakini çaqqal dişləyib

Neftçala. 11 fevral. REPORT.AZ/ Neftçala rayonunda yerli sakini çaqqal dişləyib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 36 yaşlı Rəcəb Rəfael oğlu Quliyev həyətdə iş görərkən çaqqal hücumuna məruz qalıb. Vəhşi heyvandan özünü müdafiə edərkən çaqqal hər iki əlini dişləyərək ona xəsarət yetirib. Zərərçəkən dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada quduzluğa qarşı vaksin vurulub və digər tədbirlər görüldükdən sonra Rəcəb Quliyev ambulator müalicəyə buraxılıb.

Son xəbərlər

Orphus sistemi