Neftçalada yol qəzasında ikisi qadın olmaqla 4 nəfər yaralanıb

Neftçalada yol qəzasında ikisi qadın olmaqla 4 nəfər yaralanıb Qəza "Oka" ilə "Niva"nın toqquşması nəticəsində baş verib
Hadisə
27 İyun , 2017 22:03
Neftçalada yol qəzasında ikisi qadın olmaqla 4 nəfər yaralanıb

Neftçala. 27 iyun. REPORT.AZ/ Neftçalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

“Report”un Aran bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Oryad qəsəbəsi ərazisində baş verib.

Qarabağ əlili olan 47 yaşlı Neftçala sakini Elşən Ağəli oğlu İsmayılov idarə etdiyi “Oka” markalı avtomobil ilə hərəkətdə olarkən həmyerlisi, 25 yaşlı Vüsal Məhəmməd oğlu Fərzəliyevin idarə etdiyi “Niva” ilə toqquşub. Nəticədə hər iki sürücü, “Oka”da olan rayon sakinləri, 56 yaşlı Rəna Hümmət qızı Nadirova, 56 yaşlı Solmaz Aydın qızı Heybətova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. “Oka”nın sürücüsü Elşən İsmayılovun vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi