Neftçalada yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb

Neftçalada yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb Neftçalada Yeniqışıaq kəndində iki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.
Hadisə
4 Fevral , 2023 23:00
Neftçalada yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb

Neftçalada Yeniqışıaq kəndində iki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, “Jiquli” markalı avtomobillə digər minik maşını toqquşması nəticəsində rayonun Yeniqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü Dadaşov Süleyman Xalid oğlu, onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Dadaşova Gülsənəm Hüseynağa qızı, ailənin övladları – 2016-cı il təvəllüdlü Dadaşov Əbəlfəz Süleyman oğlu, 2019-cu il təvəllüdlü Dadaşov Xalid Süleyman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi