Neftçalada yol qəzası olub, xəsarət alan var

Neftçalada yol qəzası olub, xəsarət alan var Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 Mart , 2019 22:09
Neftçalada yol qəzası olub, xəsarət alan var
Foto: "Report"

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Mirqurbanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "Prado" markalı avtomobil toqquşub. Nəticədə rayonun Xanqışlağı kənd sakini, 1986-cı il təvəllüdlü Ağalarov Miraslan Mirkərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi