Neftçalada yol qəzasında xəsarət alan 7 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Neftçalada yol qəzasında xəsarət alan 7 nəfərdən biri ölüb - YENİLƏNİB-2 Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. “Report”un Aran bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə
11 İyul , 2019 00:02
Neftçalada yol qəzasında xəsarət alan 7 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. “Report”un Aran bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlunun həyatını xilas etmək mümkün olmayıb. 


***22:57

Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, bunlar rayonun Bankə qəsəbəsinin sakinləri, “Mersedes”in sürücüsü 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu, 1985-ci il təvəllüdlü Əmirov Əfqan Mirabdulla oğlu, 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu, 2012-ci il təvəllüdlü Əmirli Miraslan Şahmar oğlu, 1985-ci il təvəllüdlü Ağasıyev Tahir Əflatun oğlu, 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu, 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğludur.


***22:09

Neftçala rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi