Neftçalada yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Neftçalada yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alan 3 nəfərin kimliyi məlum olub.
Hadisə
15 Aprel , 2019 11:42
Neftçalada yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alan 3 nəfərin kimliyi məlum olub. 

"Report"un Aran bürosunun məlumatına görə, bunlar rayon sakinləri - 1992-ci il təvəllüdlü Mustafayev Məmmədhüseyn, 1995-ci ildə anadan olmuş Məmmədov Pərviz Şahin oğlu, 1973-cü il təvəllüdlü Mirzəyev Vasif Mürsabir oğludur. 

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Adları açıqlanmayan digər iki yaralı isə Neftçala xəstəxanasına aparılıb. 


*** 11:38 

Neftçala rayonunda yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb. 

İlkin məlumata görə iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi