Neftçalada yaşlı kişini maşın vurub

Neftçalada yaşlı kişini maşın vurub Hadisə kişi yol ilə gedərkən baş verib
Hadisə
8 Aprel , 2018 09:04
Neftçalada yaşlı kişini maşın vurub

Neftçala. 8 aprel. REPORT.AZ/ Neftçala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 1956-cı il təvəllüdlü yerli sakin Rəhimov Yavər Talış oğlu rayonun Şorkənd kəndi ərazisində yol ilə gedərkən naməlum minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarəti alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi