Neftçalada tikinti zamanı beton plitə fəhlələrin üzərinə düşüb, ölən və yaralanan var

Neftçalada tikinti zamanı beton plitə fəhlələrin üzərinə düşüb, ölən və yaralanan var Hadisə kranın trosunun qırılması nəticəsində baş verib
Hadisə
28 Mart , 2018 21:05
Neftçalada tikinti zamanı beton plitə fəhlələrin üzərinə düşüb, ölən və yaralanan var

Neftçala. 28 mart. REPORT.AZ/ Neftçala rayonunda istehsalatda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün saat 15:00 radələrində şəhərin Yalçın Hacıyev küçəsində aparılan söküntü işləri zamanı qaldırıcı kranın trosu qırılıb və beton plitə fəhlələrin üzərinə düşüb.

Plitənin yerə düşməsi nəticəsində orada çalışan fəhlələrdən biri, rayonun 7-ci məhəllə (köhnə Qoltuq kənd) sakini, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu hadisə yerində dünyasını dəyişib, Bankə qəsəbə sakini, 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi