Neftçalada teplovozla yük maşını toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB

Neftçalada teplovozla yük maşını toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB Neftçalada teplovoz yük maşını ilə toqquşub, ölən var və xəsarət alan var.
Hadisə
23 iyun 2023 10:44
Neftçalada teplovozla yük maşını toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB

Bu gün saat 12:50 radələrində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.

"Report" xəbər verir ki, bu barədə ADY mətbuat xidməti məlumat yayıb.

"Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub. Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır", - qurumdan bildirilib.

14:27

Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən var və xəsarət alan var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Fəxrəddinov Vüsal Rüstəm oğlu hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbadov İbad İnqilab oğlu isə xəsarət alıb.

Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi