Neftçalada göldə tapılan meyitin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Neftçalada göldə tapılan meyitin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
24 Avqust , 2017 15:34
Neftçalada göldə tapılan meyitin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Neftçala. 24 avqust. REPORT.AZ/ Neftçala rayonunda tapılan kişi meyitinin şəxsiyyəti müəyyənləşib.

“Report”un Aran bürosu xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarışlar nəricəsində meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. 

Məlumata görə, bu, rayon sakini, 60 yaşlı Çingiz Əhməd oğlu Xankişiyevdir.

Faktla bağlı araşdırmalara başlanılıb.


***08:25

Neftçala. 24 avqust. REPORT.AZ/ Neftçala rayonunda göldən naməlum kişi meyiti tapılıb.

"Report"un Aran bürosunun məlumatına görə, meyit səhər saatlarında Neftçala şəhəri ərazisində, Qobu (Axmaz) adlanan göldə naməlum kişi meyiti aşkar edilib.

Meyitin kimə məxsus olması hələlik məlum deyil.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyit göldən çıxarılaraq aidiyyati üzrə təhvil verilib.


Son xəbərlər

Orphus sistemi