Neftçalada taksi şirkətinə aid avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb - FOTO

Neftçalada taksi şirkətinə aid avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb - FOTO Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
23 Avqust , 2016 14:06
Neftçalada taksi şirkətinə aid avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb - FOTO

Neftçala. 23 avqust. REPORT.AZ/ Neftçala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakının Yasamal rayon sakini, 47 yaşlı Şahin Ramiz oğlu İsmayılov idarə etdiyi avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobil yuvarlanaraq yoldan 50 metr aralıya düşüb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, dərəyə aşan avtomobil “Ekonom taksi” şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi