Neftçalada qohumlar arasında silahlı insident olub

Neftçalada qohumlar arasında silahlı insident olub Neftçala rayonunda xuliqanlıq hadisəsi olub.
Hadisə
9 Aprel , 2021 11:33
Neftçalada qohumlar arasında silahlı insident olub

Neftçala rayonunda xuliqanlıq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 8-də rayonun Həsənabad qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev xuliqanlıq zəminində qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abasov istiqamətində ov tüfəngindən havaya atəş açıb. Xəsarət alan olmayıb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi