​Neftçalada qardaşını qətlə yetirən şəxs saxlanılıb

​Neftçalada qardaşını qətlə yetirən şəxs saxlanılıb Hadisənin mübahisə zəminində törədildiyi bildirilir
Hadisə
19 Aprel , 2016 10:16
​Neftçalada qardaşını qətlə yetirən şəxs saxlanılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Neftçala rayonunun Mirqurbanlı kəndində qətl hadisəsi olub.

Bu barədə “Report”a Neftçala Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, 26 yaşlı Əliyev Dadaş Cəfər oğlu qardaşı 1994-cü il təvəllüdlü Fəridi ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.

D.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi