Neftçalada qanunsuz silah saxlayan şəxslər tutulub - FOTO

Neftçalada qanunsuz silah saxlayan şəxslər tutulub - FOTO Onlardan iki ədəd tüfəng götürülüb
Hadisə
1 Fevral , 2018 21:08
Neftçalada qanunsuz silah saxlayan şəxslər tutulub - FOTO
Report

Neftçala. 1 fevral. REPORT.AZ/ Neftçalada qanunsuz saxlanılan silahlar aşkar edilərək götürülüb.

“Report”un Aran bürosu xəbər verir ki, Neftçala rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Həsənabad qəsəbəsinin sakini, 1969-cu il təvəllüdlü Ağayev Çingiz Bəhmən oğlu və Kürqarabucaq kənd sakini, 1960-cı il təvəllüdlü Mustafayev Absalam Əvəz oğlu şübhəli şəxs qismində saxlanılıb.

Çingiz Ağayevin evinə baxış keçirilən zaman məişət əşyaları yığılmış otağın divarına söykənilmiş 1 ədəd qəhvəyi rəngli taxta qundağı olan, təklüləli, 5,6 mm kalibrli, 1957-ci il buraxılışlı, yivli odlu silah olan “TOZ” markalı silaha oxşar tüfəng aşkar edilərək götürülüb.

Absalam Mustafayevin yaşadığı evdən də qanunsuz saxladığı, 1957-ci il buraxılışlı, “TOZ-8” markalı odlu silah götürülüb.

Hər iki faktla bağı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi