Neftçalada qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Neftçalada qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır Neftçala rayonunda qadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
274
1 İyul , 2021 10:42
Neftçalada qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Neftçala rayonunda qadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə "Report"a Neftçala Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il martın 15-də Neftçala rayon sakini Leyla Səfərovanın qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Rövşən Piriyev qeyd edilən tarixdə saat 15 radələrində Leyla Səfərovanın küçədə piyada hərəkətdə olduğunu görüb sonuncunun oğlunun gözü qarşısında müstəsna qəddarlıq nümayiş etdirməklə ətrafda şəxslərin olmasına məhəl qoymayaraq ictimai qaydanı kobud surətdə pozub xuliqanlıq niyyəti ilə bıçaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.

Həmçinin, istintaqla Rövşən Piriyevin əvvəllər Leyla Səfərovanı öldürməklə hədələməsi, ictimai yerdə onu döyməsi də müəyyən edilib.

Rövşən Piriyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi