​Neftçalada polis əməliyyat keçirib, külli miqdarda çətənə kolu aşkarlanıb - FOTO

​Neftçalada polis əməliyyat keçirib, külli miqdarda çətənə kolu aşkarlanıb - FOTO Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
6 İyun , 2016 20:31
​Neftçalada polis əməliyyat keçirib, külli miqdarda çətənə kolu aşkarlanıb - FOTO

Neftçala. 6 iyun. REPORT.AZ/ Neftçalada külli miqdarda narkotik xassəli çətənə bitkisi aşkarlanıb. 

“Report”un Aran bürosu xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Astanlı kənd sakini, 50 yaşlı İlham Rahil oğlu Rəsulovun fərdi yaşayış evinin həyətyanı sahəsinə hal şahidlərinin və aqronom mütəxəssislərin iştirakı ilə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz qərar qəbul olunub. Nəticədə narkotik xassəli çətənə bitkiləri aşkar olunub.

Məlum olub ki, İ.Rəsulov çətənə kollarını aqrotexniki qaydada becərirmiş. Həmin ərazidə çətənə bitkilərinə qulluq etməkdən ötrü azot gübrəsi və peyin də aşkar edilərək götürülüb. Yaşıl kütləsi 10 kiloqram olan 127 ədəd narkotik xassəli çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və maddi sübut kimi polis şöbəsinə aparılıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi