Yuxarı

Neftçalada özünü Kür çayına ataraq intihar edən 19 yaşlı qadının meyiti sudan çıxarılıb

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır

Neftçala. 1 iyul. REPORT.AZ/ Neftçala rayonunda özünü Kür çayına ataraq intihar edən 19 yaşlı qadının meyiti tapılıb. 

“Report”un Aran bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri meyiti bu gün səhər saatlarında sudan çıxararaq aidiyyəti üzrə təhvil verib. 

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

Qeyd edək ki, iyulun 1-də saat 19:00 radələrində Neftçala rayonunun Birinci Qaralı kənd sakini Şəfa Şakir qızı Məmmədova özünü Kür çayına ataraq intihar edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi