Neftçalada özünü asan şəxsi yaxınları xilas edib

Neftçalada özünü asan şəxsi yaxınları xilas edib Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Dekabr , 2017 16:42
Neftçalada özünü asan şəxsi yaxınları xilas edib

Neftçala. 28 dekabr. REPORT.AZ/ Neftçala rayonunda 26 yaşlı oğlan intihara cəhd edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Əbilhəsən Kamran oğlu Zabitov özünü asaraq intihara cəhd edib. Lakin yaxınları dərhal onun boğazından kəndiri açaraq Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub. Hələlik intihara cəhdin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi