Yuxarı

Neftçalada motosiklet piyadanı vurub

Sürücü və piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

Bakı. 21 fevral. REPORT. AZ / Neftçalada motosiket piyadanı vurub.

"Report" xəbər verir ki, hadisə rayon mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, rayonun Həsənabad qəsəbəsinin sakini, 26 yaşlı Səxavət Əhliman oğlu Süleymanov idarə etdiyi motosikletlə hərəkətdə olarkən yoldan keçən piayada, Həsənabad qəsəbəsinin sakini, 20 yaşlı Sadiq Azad oğlu Bəşirovu vurub. Hadisə nəticəsində motosiklet sürücüsü və piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra hər iki yaralı cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi