Neftçalada motosikl aşıb, sürücü xəsarət alıb

Neftçalada motosikl aşıb, sürücü xəsarət alıb Neftçala. 19 avqust. REPORT.AZ/Neftçalada motosikletin aşması nəticəsində sürücü xəsarət alıb.
Hadisə
19 Avqust , 2018 08:55
Neftçalada motosikl aşıb, sürücü xəsarət alıb

Neftçala. 19 avqust. REPORT.AZ/Neftçalada motosikletin aşması nəticəsində sürücü xəsarət alıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yeniqışlaq kəndi ərazisində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Salayev Samir Ədalət oğlu “İJ” markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücünün sərxoş vəziyyətdə motosikleti idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi