Yuxarı
    Bağlamaq

    Neftçalada maşın su kanalına düşüb, biri uşaq olmaqla 3 nəfər xəsarət alıb

    Yaralılar son anda sudan xilas ediliblər© Foto:Report.az

    Neftçala. 2 iyul. REPORT.AZ/ Neftçalada avtomobilin su kanalına düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

    "Rreport”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Müşfiqabad kəndi ərazisində qeydə alınıb.

    Salyan sakini, 48 yaşlı Elman Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən anidən idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı su kanalına düşüb. Yaxınlıqdakı adamaların köməkliyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan Salyan şəhər sakinləri - 55 yaşlı Həcər Əliağa qızı Əliyeva, 52 yaşlı Aytən Əliyeva və 10 yaşlı Ayşən Elman qızı Əliyeva son anda sudan çıxarılıb. Hər üçü Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi