Neftçalada kabel oğruları saxlanılıblar

Neftçalada kabel oğruları saxlanılıblar Neftçala. 12 iyun. REPORT.AZ/ Neftçalada kabel oğruları saxlanılıblar.
Hadisə
12 İyun , 2018 13:08
Neftçalada kabel oğruları saxlanılıblar
Report
0 : 00
0 : 00

Neftçala. 12 iyun. REPORT.AZ/ Neftçalada kabel oğruları saxlanılıblar.

Bu barədə “Report”un Aran bürosuna DİN-in mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan bildirilib. 

Məlumata görə, Neftçala Rayon Polis Şöbəsinə ərazidə yerləşən istehsalat müəssisələrinin birindən ümumi dəyəri 16000 manat olan 200 metr kabelin oğurlanması barədə məlumat daxil olub.

Neftçala RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elnur Mənəfov, Röyal Mehdiyev və Fərid Babayev saxlanılıblar.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları kabellər onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi